Hövzə xəbər agentliyinin verdiyi məlumata görə, Ayətullah Məkarim Şirazi “Qurani-Kərimin ayələrinə əsasən dünya müstəkbirləri ilə müsəlmanlar arasındakı mübarizə nə vaxta qədər davam edəcək?” sualına cavab olaraq belə bildirib: Uca Allahın yəhudilər və xristianlar barədə buyurduğu kimi:
«وَ لَنْ تَرْضَی عَنْکَ الْیَهُودُ وَ لاَ النَّصَارَی حَتَّی تَتَّبِعَ مِلَّتَهُمْ
“Onların dininə tabe olmayınca yəhudi və xaçpərəstlər səndən əsla razı qalmayacaqlar. De ki: “Həqiqətən, Allahın göstərdiyi yol əsil doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan qoruyan nə bir dost, nə də bir köməkçi tapılar.” (Qurani-Kərim, Bəqərə surəsi, 120-ci ayə).
Dünya müstəkbirləri də müsəlmanlara qarşı düşmənçilikdən əl çəkməyəcəklər. Müsəlmanlar hər dəfə geri addım atdıqda, onlar bir addım irəli gedirlər. Onlar yalnız o zaman razı qalacaqlar ki, müsəlmanlar İslamdan əl çəksinlər.
Bu böyük dini alim vurğulayıb ki, müstəkbir qüvvələr müsəlmanlara qarşı təzyiq və düşmənçiliklərini davam etdirəcəklər və buna görə də onların razılığını qazanmağa çalışmaq düzgün deyil, əksinə, hər kəs öz dini vəzifəsinə əməl etməlidir.
O əlavə edib ki, ölkə müxtəlif təzyiq və sanksiyalara tab gətirə bilmişdir və xüsusilə nüvə məsələsində gənclərin imanı, etiqadı və cəsarəti mühüm rol oynamışdır. Hətta əgər qarşı tərəf tələbləri qəbul etməsə və razılaşma əldə olunmasa belə, yenə də “meydanın qalibi” olmaq mümkündür.
Qeyd: Bu məzmun Ayətullah Məkarim Şirazinin “Səndən soruşurlar” adlı kitabından toplanmışdır. Tərtib və redaktə: Əbülqasim Əliyannejadi. Nərriyyat: İmam Əli ibn Əbi Talib Mədrəsəsi, Qum, 2008-ci il (miladi), II nəşr, səh. 62 və müəllifin rəsmi kanalı.
Məqalənin sonu: 313/3
Rəyiniz